İranın "Səhər" kanalının dezinformasiyası ifşa edildi
"İranın “Səhər” (“Sahar Azəri”) telekanalı Türkiyənin Diyarbakır vilayətində keçirilmiş tədbirə aid görüntüləri Azərbaycanla əlaqələndirərək, onları ölkəmizdə hicablı şəxslərə dəstək məqsədilə təşkil olunmuş aksiya kimi təqdim edib".
Adalet.az xəbər verir ki, bu, Media və Yayım Şurasının yaydığı bəyanatda əksini tapıb.
Bildirilib ki, hadisənin məkanını və mahiyyətini təhrif edən bu təqdimat faktların kobud şəkildə saxtalaşdırılması, ictimai rəyin məqsədyönlü manipulyasiyası cəhdi və auditoriyanın yanlış məlumatlandırılmasına xidmət edən açıq dezinformasiya nümunəsidir:
"Bu telekanalın fəaliyyəti Azərbaycan əleyhinə yönəlmiş qərəzli, həqiqətə uyğun olmayan məlumatların yayılması və təxribatçı məzmun vasitəsilə ictimai rəyin çaşdırılması ilə səciyyələnir. Kanalın ölkəmizlə bağlı hadisələri sistemli şəkildə təhrif etməsi, dezinformasiya xarakterli materiallara mütəmadi yer verməsi və Azərbaycan haqqında mənfi təsəvvür formalaşdırmağa yönəlmiş yanaşması bu fəaliyyətin onun informasiya siyasətinin əsas istiqaməti olduğunu göstərir. Məhz bu cür ardıcıl və qərəzli fəaliyyətinə görə kanal qara siyahıya daxil edilmişdir.
Azərbaycan Respublikası Media və Yayım Şurası media subyektlərini informasiya yayımında faktların dəqiqliyini və obyektivliyi təmin etməyə, ictimai rəyi manipulyasiya edən, hadisələrin mahiyyətini təhrif edən təqdimatlardan çəkinməyə, ictimaiyyəti isə bu kimi paylaşımlara tənqidi yanaşmağa, məlumatları etibarlı mənbələr əsasında yoxlamağa və dezinformasiyanın yayılmasına alət olmamağa çağırır".
Digər Xəbərlər
30 Oktyabr 2026 15:00
Əhməd İsmayılov Nat Bayjay ilə görüşdü - FOTOLAR
29 Oktyabr 2026 13:39
"Jurnalistlərə fiziki təzyiq göstərilməsi yolverilməzdir" - MŞ
29 Oktyabr 2026 12:52
Etik prinsiplər, özünütənzimləmə, yanlış sərlövhə seçimi və peşəkar jurnalistikanın fərqi
28 Oktyabr 2026 17:25
Xoşqədəm Hidayətqızı Mehdiyevdən YAZDI: "Məni qəzaya salmaq istəyirdilər..."
28 Oktyabr 2026 14:46
Əhməd İsmayılov Abdulfatah Kasim Mohamud ilə görüşdü - FOTOLAR
26 Oktyabr 2026 10:01
Mətbuat Şurası jurnalistlərin IX qurultayının qərarını şərh edib
22 Oktyabr 2026 22:04
Azərbaycanda hicabla bağlı Türkiyə mediasında yayılan iddialara CAVAB
21 Oktyabr 2026 11:57


Bakı -°C

