İran XİN: ABŞ-nin hərbi təcavüzünə bütün gücümüzlə müqavimət göstərmək haqqımız var

İran öz milli maraqlarını qorumaq üçün ABŞ-nin hərbi təcavüzünə bütün vasitələrlə müqavimət göstərmək hüququnu özündə saxlayır.
Adalet.az xəbər verir ki, bu barədə ABŞ-nin Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə hücumundan sonra İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"ABŞ-nin İranın dinc nüvə obyektlərinə qarşı amansız hərbi təcavüzünü qəti şəkildə pisləyir. İslam Respublikası buna bütün gücü ilə müqavimət göstərmək, həmçinin öz təhlükəsizliyini və milli maraqlarını təmin etmək hüququnu özündə saxlayır", - məlumatda bildirilir.
Bəyanatda qeyd edilib ki, bu hücum nüvə silahlarının yayılmaması rejiminə dəhşətli zərbədir.
Qeyd edək ki, iyunun 22-də ABŞ İranın əsas nüvə infrastrukturu obyektlərinə zərbələr endirib. İrandakı Fordo, Natanz və İsfahan daxil olmaqla, üç nüvə obyekti hücuma məruz qalıb.
Digər Xəbərlər

ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil oldu - Pezeşkian

İsrail Ordusunun rəsmisi: ABŞ-nin İrana gecə zərbəsi bizimlə razılaşdırılıb

SEPAH ABŞ-a meydan oxudu: Cavab zərbəsi gözləyin!

Türkiyə XİN: ABŞ-nin İranın nüvə obyektlərinə hücumunun nəticələrindən narahatıq

İran xarici işlər naziri Moskvaya səfər edəcək

İran hücumdan əvvəl zənginləşdirilmiş uranın böyük hissəsini Fordodan çıxarıb

ABŞ İranın nüvə obyektlərinə zərbələrini müharibə deyil, birdəfəlik akt adlandırıb
