25 Iyun 2025 09:54
130
DÜNYA

"İran nüvə proqramından əl çəkməyəcək" - Əraqçi

İran nüvə proqramından əl çəkməyəcək.

Adalet.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

Onun sözlərinə görə, İsraillə 12 günlük müharibədən sonra Tehran daha qətiyyətli olub: "Biz bu texnologiyalara həddən artıq sərmayə qoymuşuq. Alimlər öldü, insanlar sanksiyalara dözdü, bizi müharibəyə məcbur etdilər. İranda heç kim bu proqramdan əl çəkməyəcək. O, həmişə MAQATE-nin nəzarətində olub"