İpotekaya dair tələblər 3 iş günündə qeydə alınacaq

Azərbaycanda ipoteka saxlayanlar ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnu müqavilə əsasında dəyişdirə biləcəklər.
Adalet.az xəbər verir ki, bu, "İpoteka haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilməsi barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi və üstünlük hüququnun dövlət reyestrində qeydiyyata alınması təklif olunur.
Sənədə görə, ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ ipoteka saxlayanlar arasında dəyişdirildikdə hüquqlar daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində qeydə alınacaq.
Həmçinin ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ dəyişdirildikdə dövlət rüsumunu üstünlük hüququnun keçdiyi ipoteka saxlayan ödəyəcək.
İpotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilməsinin dövlət qeydiyyatı bu mexanizmin daha işlək olmasına və üstünlük hüququ olan ipoteka saxlayanın hüquqlarının daha səmərəli həyata keçirilməsinə xidmət edəcək.
Qanun layihəsinin qəbul edilməsi nəticəsində ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması yolu ilə bu hüquqların dövlət reyestrində tanınması və təsdiq edilməsi təmin ediləcək.
Digər Xəbərlər

287 mindən çox bəyannamə vaxtından gec təqdim edilib

Azərbaycanda bu sahədə vergidən azadolmaların müddəti artırılır

Taksilər üçün dayanacaq məntəqələrinin yerləri müəyyən ediləcək
