19 Iyul 2025 17:27
783
SİYASƏT

 İlham Əliyev:Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb

Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb. Ümid edirəm ki, bu adət-ənənə davam edəcək və vaxt keçdikcə qonaqların sayı artır, daha çox coğrafi əhatə var.

Adalet.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

Dövlət başçısı bildirib:

“Bütün bunlar göstərir ki, açıq müzakirələrə böyük ehtiyac var, müzakirələr açıq mühitdə bu aparılmalıdır. Biz nəinki media icmasının gündəliyinə, o cümlədən qlobal gündəliyə aid məsələləri müzakirə etməliyik”.