İlham Əliyev sloveniyalı həmkarını təbrik etdi

Prezident İlham Əliyev Sloveniya Respublikasının Prezidenti xanım Nataşa Pirts Musara təbrik məktubu göndərib.
Adalet.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli xanım Prezident,
Sloveniya Respublikasının milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
İnanıram ki, Azərbaycan ilə Sloveniya arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Sloveniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Digər Xəbərlər

MÜASİR ENERJİ LAYİHƏLƏRİ MİLLİ TƏHLÜKƏSİZLİYİMİZİN GÜCLƏNDİRİLMƏSİNƏ XİDMƏT EDİR

İran “qırmızı xət”ləri AŞDI - Daxildə casus ovu BAŞLAYIR? - Səxavət Məmməd yazır

Əli Əsədov məmurlarla iclas keçirib tapşırıqlar verdi - FOTOLAR

Ceyhun Bayramov BƏƏ XİN başçısı ilə regional təhlükəsizliyi müzakirə edib - YENİLƏNİB

Azərbaycanla Çin arasında viza rejiminin ləğvi bu tarixdən qüvvəyə minir

Rəsmi Bakı atəşkəsi alqışlayır

Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı
