İlham Əliyev Mərakeş Kralını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə təbrik məktubu göndərib.
Adalet.az xəbər verir ki, təbrikdə deyilir:
"Əlahəzrət, Əziz Qardaşım,
30 İyul – Mərakeş Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
İslam həmrəyliyi, ortaq dini-mənəvi dəyərlər ilə bir-birinə bağlı olan xalqlarımız və ölkələrimiz arasında əlaqələr bizim üçün böyük əhəmiyyət daşıyır. Qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edən dövlətlərarası münasibətlərimizin bugünkü səviyyəsi məmnunluq doğurur.
Əminəm ki, ənənəvi dostluq əlaqələrimiz, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da möhkəmlənəcək və yeni məzmunla zənginləşəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram".
Digər Xəbərlər

Ana dili və milli ideologiya strateji vəhdət təşkil edir

Prezident Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzaladı

İlham Əliyev İsveçrə Prezidentini təbrik etdi

Rəsmi Bakıdan TASS-a xəbərdarlıq: Üzr istəməsə...

Rəsmi Bakı: Xankəndidə Ayvazovskinin büstünün sökülməsi düzgün və qanunauyğundur

Şuşada və ya Qarabağda istənilən şəhərdə konsulluq açmağa hazırıq

Səfir: Türkiyə-Ermənistan sərhədi bu halda açılacaq
