İctimai nəqliyyatda ödənişlə bağlı YENİLİK
İctimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin təkmilləşdirilməsi istiqamətində növbəti yenilik istifadəyə verilir.
"Bakıkart"dan Adalet.az-a verilən məlumata görə, artıq sərnişinlər bank kartı ilə həyata keçirdikləri ödənişlər üzrə qəbzlərdə gedişin aid olduğu marşrut xəttini və ya metro stansiyasını görə biləcəklər.
"Yeni funksionallıq istifadəçilərə ödənişlərini daha rahat izləməyə, əməliyyatların hansı marşrut və ya metro stansiyasına aid olduğunu daha asan müəyyən etməyə imkan verəcək. Bu isə ödəniş məlumatlarının daha şəffaf və anlaşıqlı təqdim olunmasına xidmət edir.
Qeyd edək ki, bu funksionallığın bir hissəsi ötən aydan etibarən Birbank mobil tətbiqində aktivdir. İstifadəçilər ödəniş qəbzlərində əməliyyatın aid olduğu marşrut xəttini və ya metro stansiyasını görə bilirlər.
Yeni yanaşmanın digər bank tətbiqlərində də tətbiqi sərnişinlərin ödəniş məlumatlarını daha rahat izləməsinə və əməliyyatları daha asan identifikasiya etməsinə imkan yaradacaq", - deyə məlumatda qeyd olunub.
Digər Xəbərlər
05 Iyun 2026 17:46
Akademik Akif Əlizadə işdən çıxarıldı
05 Iyun 2026 17:26
Koçaryan Azərbaycana məlumat ötürübmüş - 100 erməni mühasirəyə düşüb
05 Iyun 2026 15:17
BDYPİ rəsmisi: Yuxulu sürücünün idarə etdiyi avtomobil nəzarətsiz təhlükəyə çevrilir
05 Iyun 2026 12:30


Bakı -°C

