İçərişəhərdə Zeytun Festivalı davam edir - FOTOLAR
Oktyabrın 31-dən noyabrın 2-dək İçərişəhərdə Zeytun Festivalı keçirilir.
Adalet.az xəbər verir ki, "Absheron Olive Garden", "Zire Olives" və "Olivea" şirkətlərinin sponsorluğu ilə keçirilən festivalın əsas məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrinin təbliği, yerli istehsalçıların dəstəklənməsi və bu sahədə milli brendin formalaşdırılmasına töhfə verməkdir.
Tədbirə qatılan Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov və kənd təsərrüfatı naziri Məcnun Məmmədov festival pavilyonlarını ziyarət ediblər. Rəsmilər Qoşa Qala meydanında qurulan stendlərlə tanış olub, yerli istehsalçıların məhsullarını nəzərdən keçirib, zeytunçuluğun inkişafı, yeni istehsal texnologiyaları və məhsul çeşidləri barədə məlumat alıblar.
Azərbaycanın kənd təsərrüfatı sektorunda bu kimi təşəbbüslərin xüsusi önəm daşıdığı, yerli brendlərin tanıdılmasına, kiçik və orta sahibkarların bazara çıxış imkanlarının genişlənməsinə mühüm dəstək olduğu bildirilib.
Son illər ölkəmizdə zeytun bağlarının sahəsinin genişləndiyi, emal müəssisələrinin modernləşdiyi, festivalın yerli istehsalçıları və istehlakçıları bir araya gətirməsi baxımdan əhəmiyyətli olduğunu qeyd edib.
Festival çərçivəsində retro avtomobillərin nümayişi, tematik sərgilər və zeytundan istifadə üzrə ustad dərsləri keçirilir. Eyni zamanda İçərişəhərdə fəaliyyət göstərən 17-dən çox restoran tədbirə qoşularaq zeytun və zeytun yağı əsasında xüsusi menyular hazırlayır.
Ziyarətçilər üçün açıq havada yaradılan bu zövqlü ab-hava, İçərişəhərin tarixi mühiti ilə birləşərək, festivalı əsl bayram atmosferinə çevirib. Qonaqlar burada həm milli mətbəxin zənginliyini, həm də yerli istehsalın keyfiyyətini əks etdirən xüsusi təamların dadına baxmaq imkanı əldə edirlər.
Digər Xəbərlər
02 Noyabr 2025 18:23
Zəngilandakı evinin divarında sənət əsəri yaratdı - VİDEO
31 Oktyabr 2025 19:20
Deyirlər pambıq sahələrdə qalıb...
31 Oktyabr 2025 17:13
Noyabrda bəzi yerlərdə havanın temperaturu 0-a enəcək
31 Oktyabr 2025 16:02
Bakıda niyə hər adam mənzil ala bilmir?
31 Oktyabr 2025 13:39
Qorxan gözə çöp düşər...
31 Oktyabr 2025 12:04
Sərnişindaşıma ilə məşğul olan avtomobil nəqliyyatı üçün yeni qaydalar
30 Oktyabr 2025 14:25
Növbəti köç karvanı Vəngli kəndinə çatdı - YENİLƏNİB
30 Oktyabr 2025 14:14


Bakı -°C

