I sinfə qəbul bu gün başa çatır

2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə üzrlü səbəbdən gecikən uşaqların qəbul prosesi bu gün başa çatır.
Bu barədə Adalet.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Valideynlər 15 oktyabr 2025-ci il, saat 18:00-a qədər mektebeqebul.edu.az portalı vasitəsilə boş qalan yerlərə məktəb və müəllim seçimini həyata keçirə bilərlər.
Qeyd edilən tarixə qədər övladları üçün portaldan sorğu yerləşdirən valideynlər müvafiq sənədlərlə məktəbə yaxınlaşaraq qəbul prosesini yekunlaşdıra bilərlər.
Qeyd edək ki, cari tədris ili üzrə bu günə qədər I sinfə 130 mindən çox uşaq qəbul olunub.
Digər Xəbərlər
31 Oktyabr 2025 15:16 Azərbaycan Universitetinin komandası ICPC-nin növbəti mərhələsinə vəsiqə qazanıb
29 Oktyabr 2025 15:39 Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Azərbaycan Universitetinin tələbələri ilə görüşüb
28 Oktyabr 2025 15:57 Artıq metrodan tələbə bileti ilə keçmək mümkündür - VİDEO
28 Oktyabr 2025 12:17 

Bakı -°C 










