Hindistan və Pakistan atəşkəs barədə danışıqlar aparırlar

Hindistan və Pakistan arasında hərbi əməliyyat komandirləri səviyyəsində danışıqlar aparılır.
Adalet.az TASS-a istinadən xəbər verir ki, bu barədə “News18” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, danışıqlar iki ölkə arasında atəşkəs sazişi mövzusunu əhatə edir.
Qeyd edək ki, mayın 10-da tərəflər atəşkəs rejimini razılaşdırıblar.