Hikmət Hacıyev İran Təhlükəsizlik Şurasının katibi ilə telefonla danışıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian arasında telefon danışığı olub.
Adalet.az İran KİV-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı Azərbaycan prezidentinin köməkçisi qarşı tərəfə İsrail – İran gərginliyi zamanı həlak olan şəxslərlə bağlı başsağlığı verib.
Tərəflər həmçinin ikitərəfli münasibətlərin inkişaf etdiriməsini və iki ölkə prezidentlərinin əldə etdiyi razılaşmaların icrasının vacibliyini vurğulayıblar.
Bununla yanaşı, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın Azərbaycana planlaşdırılan səfəri müzakirə olunub.
Digər Xəbərlər

Ana dili və milli ideologiya strateji vəhdət təşkil edir

Prezident Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzaladı

İlham Əliyev İsveçrə Prezidentini təbrik etdi

Rəsmi Bakıdan TASS-a xəbərdarlıq: Üzr istəməsə...

Rəsmi Bakı: Xankəndidə Ayvazovskinin büstünün sökülməsi düzgün və qanunauyğundur

Şuşada və ya Qarabağda istənilən şəhərdə konsulluq açmağa hazırıq

Səfir: Türkiyə-Ermənistan sərhədi bu halda açılacaq
