Heyva doğrandıqdan sonra niyə qaralır? - Rəngini qorumağın praktik yolları
Heyva kəsildikdən qısa müddət sonra rəngini dəyişərək qəhvəyiyə çevrilir. Mətbəxdə tez-tez rast gəlinən bu təbii proses havanın meyvə ilə təması nəticəsində başlayır və bir neçə sadə üsulla bunun qarşısını almaq mümkündür.
Adalet.az xəbər verir ki, heyva kəsildikdə hüceyrələri zədələnir və tərkibindəki fermentlər oksigenlə reaksiyaya girir. Fermentativ qaralma kimi tanınan bu reaksiyanın nəticəsində meyvənin səthində qəhvəyi rəng yaranır.
Limon suyunun tərkibindəki sitrik turşusu mühitin turşuluğunu artıraraq qaralmaya səbəb olan fermentlərin fəallığını zəiflədir. Tərkibindəki C vitamini isə oksidləşmə prosesini ləngidir.
Doğranmış heyva dilimlərini istifadə edəcəyiniz vaxta qədər limon suyu əlavə edilmiş soyuq suda saxlamaq hava ilə təması kəsir və rəngini qoruyur.
Evdə limon yoxdursa, 1 litr soyuq suya 1 çay qaşığı duz əlavə edərək eyni effekti əldə edə bilərsiniz. İstifadə etməzdən əvvəl heyvaları yüngülcə yaxalamaq kifayətdir.
Digər Xəbərlər
31 Oktyabr 2026 10:52
Bu ölkədə işə bir saatdan gec çatanlar 40 faiz artıq maaş alır
30 Oktyabr 2026 11:25
Üç il boyunca qarnında "daş körpə" daşıdı
30 Oktyabr 2026 09:58
Qadınlarda qocalmanı ləngidən əlçatan məhsul
29 Oktyabr 2026 13:06
Rey Kərimoğlu: Ağdamlı günlər - VİDEO
29 Oktyabr 2026 07:02
Dünyaya ata olmaq üçün gələn 3 bürc
29 Oktyabr 2026 07:00
Evlərini satıb ömürlük səyahətə çıxmışdılar - Gəmi yolda qaldı
29 Oktyabr 2026 06:57
Yemək zamanı telefon istifadəsini qadağan edirlər
28 Oktyabr 2026 13:11


Bakı -°C

