Hərbçilərimiz “Agile Spirit - 2025” təlimində

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Gürcüstanda keçirilən “Agile Spirit - 2025” təlimində müşahidəçi qismində iştirak edir.
Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, ilkin mərhələsi Gürcüstanın Vaziani və Norio Təlim mərkəzlərində kompüter dəstəkli komanda-qərargah təlimi kimi keçirilən “Agile Spirit - 2025”in hava desant birliklərinə aid komponenti isə qardaş ölkə Türkiyə Respublikasında icra olunub.
Təlimin məqsədi Qara Dəniz regionunda sülh və sabitliyə töhfənin verilməsi, eləcə də ABŞ, NATO-ya üzv və tərəfdaş ölkələrin döyüş hazırlığının, qarşılıqlı uzlaşma və əməliyyat qabiliyyətlərinin artırılmasıdır.
Digər Xəbərlər

Xəzərin sahilini çirkləndirən şəxslər məsuliyyətə cəlb olundu
jpg-1754572142.jpg)
26 kəndin mühasirədən qurtarıldığı gün: Uğurlu Başkənd əməliyyatı - 33

İlham Əliyevin Vaşinqtondakı korteji - VİDEO
