Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Adalet.az xəbər verir ki, xəbərdarlığa əsasən, bu gün axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi iyunun 4-ü gündüz saatlarına kimi davam edəcək.
Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, dənizdə isə arabir 30 m/s- dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyünün 2.0-3.0 m, sonrakı inkişafda isə 3.0-5.0 m. çatacağı proqnozlaşdırılır.
Digər Xəbərlər

Azad edilən ərazilərdə dabaq xəstəliyinə qarşı azad zonalar yaradılacaq

Keçmiş məcburi köçkünlər mərhələli formada doğma yurdlarına köçürülür

AKTUAL GÜNDƏM: 5 il ərzində Azərbaycanda mühüm dəyişiklik olacaq - VİDEO
