27 May 2025 12:21
335
DÜNYA

Hakan Fidan Kiyevə gedəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvada danışıqlardan sonra  Kiyevə gedəcək.

Adalet.az  xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. 

"Fidanın həmçinin bu həftənin sonunda Ukrayna rəsmiləri ilə görüşmək və İstanbulda danışıqlardan sonrakı vəziyyəti təhlil etmək üçün Kiyevə gedəcəyi gözlənilir", - məlumatda deyilir.