20 May 2025 10:30
540
DÜNYA

Hadrutdan olan mayor Vitali Qasumyanın  Ukraynadakı son aqibəti

Ermənilərə, xüsusəndə Rusiya Silahlı Qüvvələrinə ağır itki üz verib

Adalet.az xəbər verir ki, Rusiya ordusunun Motoatıcı Briqadasının 44-cü Ordu Korpusunun mayoru Vitali Qasumyan xüsusi hərbi əməliyyat zonasında Ukraynanın atdığı bir raket nəticəsində göyə sovrulub.

Bu barədə Rusiya Erməniləri İttifaqı məlumat yayıb.

Hərbçi  Qasumyan Azərbaycanın Qarabağ mahalında - Hadrutda anadan olsa da, Georgiyevskdə(Stavrapol diyarı) yaşayırdı 

Sputnik Armeniya bildirir ki, fevral ayında Vətən Müdafiəçisi Günündə S.V. Mixalkov adına 5 saylı şəhər uşaq kitabxanasında “Biz atalarımızın şücaətlərinə sadiqik” adlı dərs keçirib.



O, uşaqlara bildirdi ki, onun üçün orduda xidmət etmək təkcə xidmət deyil, həm də böyük şərəfdir, çünki həmişə vətənini müdafiə etmək arzusunda olub. Söhbət zamanı məktəblilər Qasumyanın qaynar nöqtələrdə xidməti, sevinc və kədər içində yaşadığı döyüş yoldaşları haqqında eşitdilər. 

BeZFormat saytı həmin vaxt yazırdı: “Sülh uğrunda canlarını verən həlak olmuş yoldaşlarını xatırlayanda onun səsi titrəyirdi”.

 Xatırladaq ki, Ermənistan mətbuatı yazır: ”Təəssüf ki, biz hər gün Ukrayna cəbhəsindən gələn erməni tabutları ilə bağlı Rusiyanın erməni icmalarından məlumatlar alırıq. Biz  bu il Yeni ili qeyd edərkən Rusiyada Putinin cəbhəyə göndərdiyi ermənilərin dəfn mərasimi keçirilir. Təxminən 3 il ərzində Rusiya tərəfdən 2000 erməninin həlak olması, 4000-dən çoxunun yaralanması ilə bağlı məlumat əldə etmişik. Ölənlərin qohumlarına dəfn mərasimini ictimaiyyətdən gizli saxlamaq haqqında göstəriş verilib. Biz bu məlumatları lap sonralar əldə edə bilirik”.

 Əntiqə Rəşid