“Subsidiyaya əsl dəstəyə ehtiyacı olanlar 20, 30, 50 baş heyvan saxlayan kəndlilərdir”
“Aqrar Subsidiya Şurasının yeni qərarına görə istifadəsində azı 100 hektar örüş və ya otlaq sahəsi olan və 500 başdan çox xırdabuynuzlu heyvan saxlayan təsərrüfatlara hər heyvana görə 4 manat subsidiya veriləcək. Yəni 500 baş qoyunu olan fermer il ərzində cəmi 2.000 manat subsidiya alacaq”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı ekspert Razi Abasbəyli deyib.
İqtisadçı burda ciddi sual yarandığını bildirib:
“100 hektar örüşü, 500 baş qoyunu olan təsərrüfat artıq iri təsərrüfat hesab olunur. Belə bir təsərrüfatın təkcə bir aylıq yem, çoban, yanacaq və baytarlıq xərcləri minlərlə manat təşkil edir. Belə təsərrüfat üçün 2.000 manat nəyi dəyişəcək? Hansı problemi həll edəcək? Ölkədə isə vəziyyət tam fərqlidir. Xırda heyvandarlıq təsərrüfatları ildən-ilə azalır, kəndli sürüsünü satır, yem bahalaşır, nəticədə ətin qiyməti artır”.
O, bildirib ki, subsidiyaya əsl dəstəyə ehtiyacı olanlar 20, 30, 50 baş heyvan saxlayan kəndlilərdir:
“Onlar nə 100 hektar torpağa, nə də 500 baş sürüyə malikdirlər.Dövlət dəstəyinin məqsədi statistik rəqəmləri deyil, kəndlini qorumaq olmalıdır. Əgər sabah bazarda ətin qiymətinin daha da bahalaşmasını istəmiriksə, subsidiya şərtləri iri təsərrüfat sahiblərinə deyil, kiçik və orta fermerlərə uyğunlaşdırılmalıdır.Əks halda kəndli heyvandarlıqdan uzaqlaşacaq, ölkənin ətə olan tələbatı isə getdikcə daha çox idxaldan asılı vəziyyətə düşəcək”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
15 Sentyabr 2026 10:35
Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə indiyədək neçə nəfər məskunlaşıb?
15 Sentyabr 2026 08:11
Böyük Qayıdış: Qarabağın üç yaşayış məntəqəsi bu gün doğma sakinlərini qarşılayır
15 Sentyabr 2026 00:00
Azərbaycanda Bilik Günüdür
14 Sentyabr 2026 18:00
Sahibsiz heyvanların idarə olunması üçün xüsusi müəssisələr yaradılacaq
14 Sentyabr 2026 17:51
Sabahdan iş rejimi DƏYİŞİR
14 Sentyabr 2026 15:25
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - VİDEO
12 Sentyabr 2026 16:23
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış oldular - FOTOLAR
12 Sentyabr 2026 12:35


Bakı -°C

