Gigiyena və Epidemiologiya Mərkəzinin vərəm ocağında vəzifələri nədən ibarətdir?
“Vərəm ocağında Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin vəzifələri xəstəliyin yayılmasının qarşısını almağa yönəlmiş geniş tədbirlərdən ibarətdir”.
Adalet.az xəbər verir ki, bnu Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin bölmə müdiri Səbinə Nurullayeva deyib.
Onun sözlərinə görə, xəstə müəyyən olunduğu andan mərkəzin əməkdaşları həmin ocağa gedərək vəziyyəti ətraflı qiymətləndirirlər:
“Onlar xəstənin yaşadığı evdə gigiyenik şəraitin necə olduğunu, otaqların havalandırılmasını, təmizliyi, insanların bir-biri ilə təmas dərəcəsini araşdırır və yoluxma riskini müəyyən edirlər. Bununla yanaşı, xəstə ilə gündəlik ünsiyyətdə olan ailə üzvləri, qohumlar və digər şəxslər barədə məlumat toplanır və onların yoxlanılması üçün müayinələr təşkil olunur. Mərkəz həmçinin ocaqda dezinfeksiya işlərinin həyata keçirilməsinə nəzarət edir ki, vərəm bakteriyalarının ətraf mühitdə yayılma riski azalsın. Ailə üzvlərinə xəstə ilə davranış qaydaları, evin necə havalandırılması, təmizliyin necə aparılması, maska istifadəsinin əhəmiyyəti və özlərini necə qorumalı olduqları barədə geniş izah verilir. Xəstənin müalicəsinin düzgün aparılması da mərkəzin nəzarətində olur. Xəstənin dərmanları vaxtında qəbul edib-etməməsi izlənir və müalicə prosesinin yarımçıq qalmamasına xüsusi diqqət yetirilir”.
S.Nurullayeva bildirib ki, bütün bu tədbirlər nəticəsində ocağın təhlükəlilik dərəcəsi qiymətləndirilir və lazım gəldikdə əlavə nəzarət və profilaktik işlər aparılır:
“Toplanan məlumatlar daha sonra ümumi epidemioloji vəziyyətin dəyərləndirilməsi üçün müvafiq dövlət qurumlarına göndərilir. Bu, vərəmin yayılmasına qarşı daha səmərəli mübarizə aparmağa və xəstəliyi nəzarətdə saxlamağa imkan verir”.
Digər Xəbərlər
24 Dekabr 2025 16:01
Azərbaycanda yeni virus yayılıb? - AÇIQLAMA
23 Dekabr 2025 14:34
Nihatın həyatı sizin əlinizdədir: Anası kömək istəyir!
23 Dekabr 2025 10:21
Gün ərzində nə qədər piyada gəzmək lazımdır?
23 Dekabr 2025 10:15
SN-nin mütəxəssisi yuxu pozğunluğu və oynaq ağrıları arasındakı əlaqədən DANIŞDI
22 Dekabr 2025 10:34
Canavar hücumuna məruz qalan şəxslərin vəziyyəti - AÇIQLANDI
22 Dekabr 2025 09:46
Əhali arasında yayılan xəstəliyin səbəbi nədir? - Rəsmi açıqlama
17 Dekabr 2025 14:45
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi - FOTOLAR
16 Dekabr 2025 18:13


Bakı -°C

