Gəmiyə hücumda ölən azərbaycanlıların kimlikləri bəlli oldu - RƏSMİ
5 iyun tarixində Azov dənizində dron hücumları nəticəsində “Natra” və “Zirkon” yük gəmilərində həlak olmuş və yaralanmış Azərbaycan Respublikası vətəndaşlarının sayı və kimlikləri dəqiqləşdirilib.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Qeyd olunub ki, yenilənmiş məlumata əsasən, ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşından 4 nəfər yaralanıb, 4 nəfərin isə həlak olduğu bildirilir. İlkin olaraq vəfat etdiyi elan olunmuş digər bir şəxsin isə Azərbaycan vətəndaşı və Azərbaycan əsilli deyil, Rusiya vətəndaşı olduğu müəyyənləşib:
"Həlak olmuş vətəndaşlarımız 1976-cı il təvəllüdlü Rəcəb Əhədov və 1997-ci il təvəllüdlü Məhəmməd Əliyevin cəsədləri aşkarlanıb və cənazələrin ölkəmizə göndərilməsi istiqamətində tədbirlər görülür. Qeyd edək ki, həlak olduğu bildirilən digər iki vətəndaşımızın heyətində olduqları “Zirkon” gəmisi partlayış təhlükəsi olduğuna görə vurulduğu yerdə saxlanılıb. Rusiyanın xilasedici qrupları tərəfindən gəminin limana gətirilməsi üçün təhlükəsizlik tədbirləri görülür. Yalnız axtarış tədbirləri yekunlaşandan sonra iki vətəndaşın aqibəti barədə dəqiq məlumatın verilməsi mümkündür.
Yeysk şəhər xəstəxanasına yerləşdirilmiş yaralılar 1998-ci il təvəllüdlü Samid İbadzadə və Rəşad Mədətxanov artıq xəstəxanadan çıxarılıb. 2002-ci il təvəllüdlü Emin Valehov və 1999-cu il təvəllüdlü Namiq Cəfərlinin də vəziyyətləri yaxşıdır və onlar müalicələrini tamamladıqdan sonra xəstəxanadan buraxılacaqlar.
Rusiyadakı səfirliyimizin əməkdaşları ərazidədir və vətəndaşlarımıza zəruri dəstəyin göstərilməsi istiqamətində tədbirlər görülür. Bütün vətəndaşlarımız Yeysk şəhərində mehmanxanada yerləşdirilib və ailələri ilə təmasdadırlar. Vətənə qayıtmaq niyyətində olan və sənədləri itmiş vətəndaşlarımız müvafiq qayıdış şəhadətnamələri ilə təmin olunublar".
XİN həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.
Digər Xəbərlər
07 Iyun 2026 00:04
Son zəng günü məzunlara icarəyə avtomobil verənləri hansi cəza gözləyir? - VİDEO
06 Iyun 2026 09:00
Eskalatorlar niyə işləmir?
05 Iyun 2026 17:46
Akademik Akif Əlizadə işdən çıxarıldı
05 Iyun 2026 17:26
Koçaryan Azərbaycana məlumat ötürübmüş - 100 erməni mühasirəyə düşüb
05 Iyun 2026 15:17
BDYPİ rəsmisi: Yuxulu sürücünün idarə etdiyi avtomobil nəzarətsiz təhlükəyə çevrilir
05 Iyun 2026 12:30
İsrailli tibb mütəxəssisləri Səhiyyə Nazirliyinin mükafatlarına layiq görülüblər
05 Iyun 2026 11:36
Deputat yağışın yaratdığı fəsadlardan danışdı
05 Iyun 2026 10:34


Bakı -°C

