Gel dırnaq boyalarından istifadə edən xanımlara XƏBƏRDARLIQ - VİDEO

Bir çox Avropa ölkələrində gel dırnaq boyalarının istifadəsi rəsmən qadağan edilib.
Adalet.az Xəzər TV-yə istinadən bildirir ki, Avropa Birliyinin bununla bağlı qadağasının səbəbi gelin tərkibindəki maddənin orqanizmdə xərçəng riski yaratmaq ehtimalıdır.
16 ildir dırnaq ustası olaraq fəaliyyət göstərən Nigar Abbasova deyir ki, gel dırnaq məhsulları Azərbaycanda da geniş istifadə olunur və qadınlar arasında olduqca populyardır.
Dəri zöhrəvi xəstəlikləri üzrə uzman Çinarə Hüseynova deyir ki, gel dırnaq boyalarından istifadə edərkən maksimum diqqətli olmalıdırlar.
Mütəxəssislər kimyəvi maddələrdən mümkün qədər az istifadə etməyi tövsiyə edirlər.
Digər Xəbərlər

“Uşaqlarınızın üstünə düşün, müalicə etdirin” – Psixoloqdan çağırış

Uşaqlarda immunitet zəifliyinin təhlükəli əlamətləri

Uşaqların immunitetini gücləndirən qida qaydaları

Ürək xəstəliklərinin 4 erkən əlaməti hansılardır?

Yaşlanma əleyhinə inyeksiya Çində uğurla sınaqdan keçirilib

Bu orqanizm üçün siqaretdən də təhlükəlidir

Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi - VİDEO
