"Ford" ABŞ-də yarım milyona yaxın avtomobili geri çağırır
"Ford Motor" şirkəti arxa asqı problemi səbəbindən ABŞ-də 412 770 "Explorer SUV" avtomobilini geri çağırır.
Adalet.az xəbər verir ki, bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsindən (NHTSA) məlumat verilib.
Bildirilib ki, arxa asqının rıçaqları qırıla, bu isə idarəetmənin itirilməsinə gətirib çıxara bilər.
Bundan əlavə, "Ford" akkumulyatorda nasazlıq və əyləc pedallarında qüsur səbəbindən 40 655 avtomobili geri çağıracaq.
Qeyd edək ki, fevralın 24-də "Ford"un səhm kotirovkaları ilkin alqı-satqı zamanı 0.3% artıb. İlin əvvəlindən bəri şirkətin kapitalı 4% artıb (54.4 milyard dollara çatıb), "S&P 500" fond indeksi isə faktiki olaraq dəyişməyib.
Digər Xəbərlər
07 Mart 2026 17:57
Axşam saat 22- dən sonra...
07 Mart 2026 12:43
Avtomobil ustalarının fırıldağı: Ehtiyat hissəsini bir maşından oğurlayıb, digərini təmir edirmişlər
06 Mart 2026 08:38
Bakıda bu yollarda tıxac var - SİYAHI
04 Mart 2026 12:18


Bakı -°C

