07 Avqust 2025 13:20
211
ELM VƏ TƏHSİL

ABŞ-dan və Rusiyadan dünyaya xəbərdarlıq: Sabah ehtiyatlı olun

Dünya alimlər planetdə  son iki ayın ən güclü maqnit qasırğasının olacağını deyiblər.

Adalet.az xəbər verir ki, ABŞ-ın NOAA (Milli okean və atmosfer administrasiyası) və Günəş rentgen astronomiya laboratoriyasından sonra  Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutunun mütəxəssisləri  məlumatı təsdiqləyiblər.

 Beləki,  elmi mənbələr iddia edir ki, avqustun 5-də baş verən M4.4 səviyyəli böyük günəş alışması nəticəsində tac kütləsinin atılması Yerə ciddi təsir göstərə bilər. Alimlərin fikrincə, Yerin maqnit sahəsinə təsir əvvəlki ehtimallardan qat-qat güclü ola bilər. Modellər göstərir ki, planet yüksək sürətli plazma buludu ilə toqquşacaq və bu da geomaqnit aktivliyini artıracaq.

Plazmanın Yerə avqustun 8-də Moskva vaxtı ilə təxminən saat 07:00-da çatacağı gözlənilir. Lakin, Yer kürəsinin tac dəliyi zonasına daxil olması səbəbindən maqnit pozuntuları artıq cümə axşamı gecədən başlaya bilər. Mütəxəssislərin hesablamalarına görə, geomaqnit indeksi Kp G2 səviyyəsinə uyğun gələn 6 dəyərinə çata bilər. Bu, iyunun 13-dən bəri qeydə alınan ən yüksək göstərici olacaq. Sonuncu dəfə maqnit qasırğası iyulun sonunda, yalnız G1 (minimum) səviyyəsində müşahidə olunmuşdu.

Qeyd edək ki, 19 ilin super güclü maqnit qasırğası  ötən il 12 oktyabrda baş vermişdi. Həmin qasırğalar K indeksi 8-i keçdiyi üçün ən güclü kimi təyin edildi.

 Əntiqə Rəşid