FHN zavodda təlim keçirdi - VİDEO
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt şəhərində yerləşən SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda “Neft-kimya məhsullarının istehsalı müəssisələrində yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirib.
Adalet.az xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd neft-kimya məhsulları istehsal olunan obyektlərdə yanğın baş verdikdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.
Təlim zamanı ərazidə baş vermiş şərti yanğın yerinə operativ çatan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri zavod əməkdaşlarının “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatını yerinə yetiriblər.
Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Digər Xəbərlər
31 Oktyabr 2026 17:35
Ağdamda Eldar Bağırov anıldı: Qaraağacıdan REPORTAJ
31 Oktyabr 2026 16:48
Zəfər Günü bulvarda konsert olacaq
31 Oktyabr 2026 15:41
Tiflisə gedənlərə şad xəbər: Biletlərin qiyməti...
31 Oktyabr 2026 15:22
Bakıdan Moskvaya gəmi ilə kruiz turu başlayacaq
30 Oktyabr 2026 21:05
Yeni nazir müavini kimdir? - DOSYE
30 Oktyabr 2026 20:30
Sahil Babayevə yeni müavin təyin edildi - FOTO
30 Oktyabr 2026 19:22
YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirilib
30 Oktyabr 2026 17:55


Bakı -°C

