Ətin bişirilmə temperaturu virusların məhv olmasını təmin edir

Ölkəmizdə heyvan kəsimi məntəqələri baytar nəzarəti altında fəaliyyətlərini davam etdirir.
Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Adalet.az-a verilən məlumata görə, heyvan kəsimindən əldə olunan ət və ət məhsullarının insan istehlakı üçün təqdim olunması prosesi dövlət baytarlıq nəzarəti ilə həyata keçirilir.
Belə ki, kəsimə cəlb olunan iri və ya xırdabuynuzlu heyvanlar baytarlıq mütəxəssisi tərəfindən kliniki baxışdan keçirilərək, termometriya olunur və onların kəsimi barədə qərara gəlinir. Kəsimdən sonra heyvan cəmdəyi və daxili orqanların baytarlıq-sanitariya ekspertizası həyata keçirilməklə ekspertiza aktı tərtib olunur. İstehlak üçün təhlükəsiz olan ət və ət məhsullarının realizasiyası üçün müvafiq müşayiətedici baytarlıq sənədləri (baytarlıq arayışı və ya baytarlıq şəhadətnaməsi) təqdim edilir.
Məlumat üçün bildiririk ki, baytarlıq mütəxəssisi tərəfindən heyvanların ümumi kliniki vəziyyəti, kəsimdən sonra ət və ət məhsullarının baytarlıq-sanitariya ekspertizası, o cümlədən laboratoriya müayinə nəticələri nəzərə alınmaqla, ət məhsulunun istehlakı barədə qərara gəlinir. Bir qayda olaraq insan sağlamlığı ilə bağlı risklər mövcud olan bütün hallarda ət məhsullarının dövriyyəsinə yol verilmir.
Nəzərə almaq lazımdır ki, insanlar tərəfindən ətin çiy və ya yarımbişmiş halda istehlak olunması yolverilməzdir. Belə ki, ətin bişirilmə temperaturu virus və bakteriya mənşəli infeksiyaların məhv olmasını təmin etdiyindən, yaxşı bişirilmiş ət və ət məhsullarının istehlak edilməsi insan sağlamlığı üçün təhlükəsiz hesab olunur.
Digər Xəbərlər
30 Oktyabr 2025 14:20 Oturaq həyat tərzi hamiləliyə necə təsir göstərir? - “Sağlam radio”da Səhiyyə Nazirliyinin mütəxəssisindən cavab
30 Oktyabr 2025 14:18 Düzgün qidalanmayan hamilələrdə hansı problemlər yarana bilər? - Səhiyyə Nazirliyinin mütəxəssisi aydınlıq gətirir
28 Oktyabr 2025 16:04 COVİD-dən CANIMIZ QURTARMAMIŞDI Kİ,
27 Oktyabr 2025 13:01 İmmun sistemini dəstəkləyən qidalar - VİDEO
27 Oktyabr 2025 12:08 Bu yaşda olan qadınlar iki ildən bir müayinədən keçməlidir
27 Oktyabr 2025 11:37 TƏBİB rəsmisi: Süd vəzi xərçəngi ilə bağlı keçirilən müayinələrin nəticələri ilin sonuna açıqlanacaq
24 Oktyabr 2025 11:17 "Bu xəstəlik ağciyərə mənfi təsir göstərir"
23 Oktyabr 2025 17:26 

Bakı -°C 






