"Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır" - Nazir müavini
Əlaqələrin və münasibətlərin daha da möhkəmlənməsinin şahidi olacağıq. Əlbəttə, çox gözəl anlayırıq ki, biz sahələrarası əməkdaşlıqdan, rəqəmsal sistemlərdən və nəqliyyat sistemlərindən danışırıq, ümumi mühitdə baş verən hadisələrin vahid mərkəzdən əlaqələndirilməsinin vacibliyini vurğulayırıq.
Adalet.az xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov oktyabrın 1-də Bakıda keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumunda çıxışı zamanı deyib.
Etimad quruculuğu tədbirlərinin vacibliyindən danışan nazir müavini əlavə edib: “Bu tədbirlər bilavasitə nəqliyyat dəhlizləri boyunca da öz əksini tapmalı və bərqərar olmalıdır. Çünki bu baxımdan iqtisadi inteqrasiyanı daha da dərinləşdirəcəyik. Ölkələrimiz arasında olan münasibətləri daha yüksək səviyyəyə qaldırmaq imkanı əldə edəcəyik. Bu isə bizim üçün vacib məsələdir. Çünki irəli sürdüyümüz çoxşaxəli təşəbbüslər var və onların gerçəkləşməsi olduqca vacibdir”.
Saməddin Əsədov qeyd edib ki, vacib məsələlərdən biri məlumatların qorunması, əməliyyatlar sahəsində kibertəhlükəsizliklə bağlı təcrübə mübadiləsinin aparılmasıdır. Nəqliyyat dəhlizlərinə gəldikdə isə, bu sahədə əməkdaşlığın təmin edilməsi mühüm əhəmiyyət daşıyır.
Digər Xəbərlər
30 Oktyabr 2026 15:00
Əhməd İsmayılov Nat Bayjay ilə görüşdü - FOTOLAR
29 Oktyabr 2026 13:39
"Jurnalistlərə fiziki təzyiq göstərilməsi yolverilməzdir" - MŞ
29 Oktyabr 2026 12:52
Etik prinsiplər, özünütənzimləmə, yanlış sərlövhə seçimi və peşəkar jurnalistikanın fərqi
28 Oktyabr 2026 17:25
Xoşqədəm Hidayətqızı Mehdiyevdən YAZDI: "Məni qəzaya salmaq istəyirdilər..."
28 Oktyabr 2026 14:46
Əhməd İsmayılov Abdulfatah Kasim Mohamud ilə görüşdü - FOTOLAR
26 Oktyabr 2026 10:01
Mətbuat Şurası jurnalistlərin IX qurultayının qərarını şərh edib
22 Oktyabr 2026 22:04
Azərbaycanda hicabla bağlı Türkiyə mediasında yayılan iddialara CAVAB
21 Oktyabr 2026 11:57


Bakı -°C

