Ərdoğan və Tramp İsrail-İran gərginliyini müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı olub.
Adalet.az xəbər verir ki, liderlər İsrailin İrana hücumunu müzakirə ediblər.
Ərdoğan bildirib ki, Türkiyə gərginliyi yaxından izləyir.
Onun fikrincə, nüvə sazişi ilə bağlı müzakirələr problemin həlli üçün yeganə yoldur.
Türkiyə lideri əlavə edib ki, ölkəsi nəzarətdən çıxa biləcək bir gərginliyin qarşısının alınması üçün əlindən gələni eləməyə hazırdır.
Dövlət başçıları həmçinin regional və qlobal məsələlər barədə danışıblar.
Digər Xəbərlər

Ankara İrandan Türkiyəyə köçün başlanması xəbərini təkzib edib

İsrail Səhiyyə Nazirliyi: İranın zərbələrindən 15 nəfər ölüb, 385 şəxs yaralanıb

İran saziş imzalamağa hazırdır - Abbas Əraqçi
