Emin Əmrullayev Bilik Gününü Şuşada qeyd etdi - FOTOLAR

Sentyabrın 15-də Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə Bilik Gününə həsr olunmuş tədbir keçirilib.
Adalet.az xəbər verir ki, tədbirdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, elm və təhsil naziri Emin Əmrullayev, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin direktoru Tural Novruzov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan
Mənsimli, şəhid ailələrinin üzvləri, məktəb kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.
Tədbir Dövlət himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova giriş nitqi ilə çıxış edərək müəllim və şagirdləri yeni dərs ili münasibətilə təbrik edib, məktəbin 227 şagirdlə yeni tədris ilinə başladığını bildirib.
Elm və təhsil naziri Emin Əmrullayev çıxışında məktəbin qədim tarixi və rəmzi əhəmiyyətinə toxunaraq müəllim və şagirdlərin üzərinə düşən məsuliyyəti qeyd edib. Nazir bildirib ki, məktəb yalnız biliklərin ötürülməsi deyil, həm də vətənpərvərlik, milli dəyərlərə hörmət formalaşdıran mühitdir. Emin Əmrullayev çıxışının sonunda müəllim və şagird heyətinə uğurlar arzulayıb, təhsil sahəsində islahatların davam etdiriləcəyini diqqətə çatdırıb.
Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov çıxış edərək məktəb kollektivini və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, Şuşada bərpa olunan təhsil infrastrukturunun önəmini vurğulayıb.
Tədbir məktəblilərin hazırladığı bədii hissə ilə davam etdirilib.
Digər Xəbərlər

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

Bakı Xoreoqrafiya Akademiyası və ADA Universiteti arasında görüş keçirilib

DİN-in Hərbi İnstitutunda kursantların andiçmə mərasimi keçirildi - VİDEO

Nazirlə ICESCO-nun Baş direktoru Şuşa məktəbi və Qarabağ Universitetində - FOTOLAR

Polis Akademiyasında andiçmə mərasimi keçirildi - VİDEO

"İmtahanlarda ən aşağı nəticə coğrafiya fənni üzrə müşahidə olunur"

"XI sinif üzrə buraxılış imtahanlarında yeni test modeli tətbiq ediləcək" - Məleykə Abbaszadə
