Elton Məmmədov 3 milyonluq yeyintini boynuna almır
Sabiq deputat Elton Məmmədov 3 milyon manata yaxın dövlət vəsaitini mənimsəməsi haqda ittihamlara münasibət bildirib.
Adalet.az xəbər verir ki, E.Məmmədov sözügedən məsələ ilə bağlı Manşet.az-ın suallarını cavablandırıb.
- Sizin korrupsiya faktları ilə bağlı ittiham olunduğunuz deyilir. 3 milyon manat yeyinti ilə bağlı istintaqa cəlb edildiyiniz bildilir.
- Məni kim ittiham edir? Yalan söhbətdir. Mən bu faktlarla bağlı ifadə verməmişəm, heç bir istintaqa da çağırılmamışam. Bu məlumatlar yalandır.
- Ramiz Mehdiyevlə yaxınlığınız hansı səviyyədə olub?
- Mən ölkə rəhbərinə sadiq insan olmuşam, həmişə onun siyasətini dəstəkləmişəm. Başqa adama xidmət etməmişəm. Mövqeyimi 2021-ci ildə bildirmişəm. 2022-ci ilin yanvar–fevral aylarında danışmışam. Ramiz Mehdiyev işlədiyi dövrdə ona ən sərt fikrimi bildirmişəm. Bu məsələlərə hüquqi qiyməti hüquq-mühafizə orqanları və qərar qəbul edən məhkəmə verəcək. Düşünürəm ki, bu məsələlərə də hüquqi qiymət veriləcək.
- Sonradan yeyinti olan məbləğin istintaq müddətində geri qaytarıldığı da qeyd edilir. Bu barədə nə deyə bilərsiniz?
- Mən milyonlarla manat vəsaiti mənimsəməmişəm. Belə bir fakt yoxdur. Bunlar hamısı yalan məlumatdır. Xahiş edirəm, ictimaiyyəti yalnış fikirlərlə çaşbaş salmayın. Mən özüm barədə deyə bilərəm ki, heç bir qanun pozuntusuna yol verməmişəm. AMEA müqəddəs elm ocağıdır, 80 illik yubileyidir. Hamı bu ocağa müqəddəs gözüylə baxmalıdır.
- Siz hazırda AMEA-da çalışırsınız? Hansı vəzifədəsiniz?
- Bəli, mən hazırda AMEA-da çalışıram. Sosial xidmətlər şöbəsinin müdiriyəm. Ona görə də hüquqi dövlətdə hər şey qanun çərçivəsində həll olunacaq. Nə qədər sağlam məlumatlar ötürülsə, ictimaiyyət də sağlam məlumatlar alar.
Qeyd edək ki, “Qafqazinfo” Elton Məmmədov barəsində cinayət təqibi aparıldığını öyrənib. Sabiq deputat mənimsədiyi 3 milyon manata yaxın vəsaiti büdcəyə qaytardığından məsələ məhkəmə müstəvisinə daşınmayıb. Amma Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində AMEA-dakı qanun pozuntuları ilə bağlı araşdırmalar davam edir.
Onu da bildirək ki, Elton Məmmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. Qardaşların ikisinin də dövlətə xəyanət və başqa cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin sadiq adamları olduğu bildirilir.
Digər Xəbərlər
02 Noyabr 2025 19:10
“Buna görə hüquq-mühafizə orqanlarına qarşı çirkin kampaniya aparırlar…”
02 Noyabr 2025 17:02
Sahibə Qafarova Ərəb Parlamentinin Prezidenti ilə görüşüb
02 Noyabr 2025 16:52
Leyla Əliyeva “EcoMind 2025” konfransında iştirak edib
02 Noyabr 2025 15:46
Abonentlər niyə pul ödəmək istəmir?!
01 Noyabr 2025 17:21
Hikmət Hacıyev "Zəngəzur dəhlizi"ndən foto paylaşdı
01 Noyabr 2025 14:32
Nazir Vilayət Eyvazov növbəti vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTOLAR + VİDEO
01 Noyabr 2025 14:23
Ramiz Mehdiyev klanına qarşı “təmizləmə əməliyyatı”: Geniş həbslər Bu Tarixdən BAŞLANACAQ
01 Noyabr 2025 10:46


Bakı -°C

