Əli Əsədov Misir Senatının sədri ilə görüşdü

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 27-də ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeq ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Adalet.az-a bildiriblər ki, görüşdə Azərbaycanla Misir arasında əlaqələrin müxtəlif sahələrdə yüksələn xətt üzrə inkişafından məmnunluq ifadə edilib. Dövlət başçılarının müntəzəm görüşlərinin və müzakirələrinin ikitərəfli münasibətlərin daha da dərinləşməsi və möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin qarşılıqlı səfərlərinin dövlətlərarası münasibətlərin tarixində yeni mərhələnin əsasını qoyduğu xüsusi vurğulanıb.
Həmçinin parlamentlərarası münasibətlərə toxunulub, ikitərəfli əlaqələrin inkişafında qanunverici orqanların vacib rolu qeyd edilib.
Görüşdə Azərbaycan-Misir qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olunub.
Digər Xəbərlər

Ərdoğanın Azərbaycana səfəri başa çatıb - FOTOLAR

CAR Prezidenti Azərbaycan liderini təbrik edib

"Bayraqlarımız hər zaman bir yerdə yüksəklərdə dalğalanacaq" - Şərif

Zakir Həsənov Yaşar Gülərlə görüşdü

Fidan: Azərbaycan bayrağının Vətənin hər qarışında dalğalandığını görməkdən qürur duyuruq

"Azərbaycanla əlaqələrimizi və tərəfdaşlığımızı yüksək qiymətləndiririk" - ABŞ Prezidenti

Laçında prezidentlərin iştirakı ilə Zirvə görüşü keçirilib - VİDEO - YENİLƏNİB
