Əl Nəhyan Naxçıvana dron hücumunu pislədi
Martın 6-da Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini və xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
XİN-dən Adalet.az-a bildirilib ki, telefon danışığı zamanı Azərbaycan Respublikasının ərazisinə qarşı həyata keçirilmiş dron hücumları və cari təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Abdullah bin Zayed Əl Nəhyan mülki əhalinin və mülki infrastrukturun hədəf alınmasını qətiyyətlə pislədiyini və bu kimi addımların qəbuledilməz olduğunu diqqətə çatdırıb.
Nazirlər Yaxın Şərqdə gərginliyin artmasından narahatlığını ifadə edib, vəziyyətin eskalasiyasının qarşısının alınmasının vacibliyini qeyd ediblər.
Telefon danışığı zamanı tərəflər həmçinin Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivlərini müzakirə ediblər.
Digər Xəbərlər
07 Mart 2026 20:00
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
07 Mart 2026 19:37
Bayramov İstanbulda Hakan Fidanla görüşdü - YENİLƏNİB
07 Mart 2026 19:03
Liviya Prezident Şurasının Sədri İlham Əliyevə zəng etdi
07 Mart 2026 17:01
Albaniya Prezidenti İlham Əliyevə zəng etdi
07 Mart 2026 16:45
XİN-dən Yaxın Şərqdə qalan Azərbaycan vətəndaşları ilə bağlı AÇIQLAMA
07 Mart 2026 12:16
“Tramp yaxşı anlayır ki, Rusiya da İran kimi ABŞ-nin qlobal rəqiblərindən...”
07 Mart 2026 11:33
Türkmənistan Naxçıvana dron hücumu ilə bağlı narahatlığını bildirdi
07 Mart 2026 11:14


Bakı -°C

