Əhməd İsmayılov RTÜK sədri ilə görüşüb
Türkiyənin Radio və Televiziya Qurumunun (RTÜK) sədri Mehmet Daniş Azərbaycan Media və Yayım Şurasının sədri Əhməd İsmayılovla görüşüb.
Adalet.az xəbər verir ki, görüş Bakıda keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu çərçivəsində baş tutub.
Tərəflər Türkiyə ilə Azərbaycan arasında media və yayımçılıq sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və qurumlararası əlaqələndirmənin gücləndirilməsini müzakirə ediblər.
Görüşdə həmçinin dezinformasiya ilə mübarizə, rəqəmsal transformasiya, lisenziyalaşdırma, rəqəmsal media xidmətləri, media savadlılığı və uşaqların qorunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Mehmet Daniş Əhməd İsmayılov və rəhbərlik etdiyi nümayəndə heyətini Türkiyəyə dəvət edib. Tərəflər qarşılıqlı səfərlərin və institusional təmasların davam etdirilməsi barədə razılığa gəliblər.
Digər Xəbərlər
30 Oktyabr 2026 15:00
Əhməd İsmayılov Nat Bayjay ilə görüşdü - FOTOLAR
29 Oktyabr 2026 13:39
"Jurnalistlərə fiziki təzyiq göstərilməsi yolverilməzdir" - MŞ
29 Oktyabr 2026 12:52
Etik prinsiplər, özünütənzimləmə, yanlış sərlövhə seçimi və peşəkar jurnalistikanın fərqi
28 Oktyabr 2026 17:25
Xoşqədəm Hidayətqızı Mehdiyevdən YAZDI: "Məni qəzaya salmaq istəyirdilər..."
28 Oktyabr 2026 14:46
Əhməd İsmayılov Abdulfatah Kasim Mohamud ilə görüşdü - FOTOLAR
26 Oktyabr 2026 10:01
Mətbuat Şurası jurnalistlərin IX qurultayının qərarını şərh edib
22 Oktyabr 2026 22:04
Azərbaycanda hicabla bağlı Türkiyə mediasında yayılan iddialara CAVAB
21 Oktyabr 2026 11:57


Bakı -°C

