Əbülfət Mədətoğlu:Bu yağış
Bu yağış kimin üzünə -
Yağır ələnə, ələnə...
Torpaq qayıdır özünə -
Nura bələnə, bələnə...
Yağır otların xətrinə
Yağır güllərin ətrinə...
Quruyan ağac çətrinə -
Yağır , sellənə - sellənə...
Yağır bir körpə telinə
Yağır bir ata əlinə...
Dualı ana dilinə-
Yağır, yellənə, yellənə...
Yağır , bir daşın adına
Yağır bir quş qanadına...
Edib alğış bir Qadına -
Yağır, tellənə, tellənə...
Digər Xəbərlər
31 Oktyabr 2026 15:36
Bir ağacın budaqları - Tərlanə Yaqubqızı yazır
31 Oktyabr 2026 10:57
“Yaradılışın erkək başlanğıclı olması Afrika kültürünün mirasıdır...”
30 Oktyabr 2026 18:04
Hərkəsin daxilində açılmalı bir tövbə qapısı var
30 Oktyabr 2026 11:23


Bakı -°C

