Əbülfət Mədətoğlu: Tənhalığımın ŞEİRİ
( Çapa hazırlanan "Tənhalığın kitabı" adlı kitabımdan...)
Köklənmişəm xatirələr üstündə ,
Yenə köhnə havamızı çalıram...
Çox şükür ki, itməyibdi yaddaşım-
Nə yaxşı ki, bu havada qalıram!
Gör nə qədər zaman keçib aradan -
Seçməmişik hələ ağı- qaradan!
Bu ömrü də bizə verib Yaradan -
Onu da ki, bərkə- boşa salıram!
Büdrəsə də gah ayağım, gah əlim,
Təki sən de, qaya çapım, dağ dəlim!
Gözlədiyim bir Ümiddi, bir Ölüm -
Arada da xəyallara dalıram!
Hər kəsdə var Yaradana bir Xitab
Dil deməsə , qalacaqdı sirr xitab!
Tənhalığım - özü qalın bir kitab -
Mən ləzəti tənhalıqdan alıram!
Digər Xəbərlər
31 Oktyabr 2026 15:36
Bir ağacın budaqları - Tərlanə Yaqubqızı yazır
31 Oktyabr 2026 10:57
“Yaradılışın erkək başlanğıclı olması Afrika kültürünün mirasıdır...”
30 Oktyabr 2026 18:04
Hərkəsin daxilində açılmalı bir tövbə qapısı var
30 Oktyabr 2026 11:23


Bakı -°C

