Qoyunlar yol hərəkəti qaydalarına əməl edir...
Bu günlər sosial şəbəkədə maraqlı bir görüntüyə rast gəldim. Belə ki, on beşə yaxın qoyun avtomobil yolunun piyada zolağına yaxınlaşır və ordan təhlükəsiz keçir.
Sürücülər də qoyunları görür və onlara yol verir. Kimsə də deyir ki, vallah, bunlara qoyun demək düzgün deyil. Qoyun yolun təyin olunmamış yerindən keçən bəzi insanlardır. Heç bəzən heyvanda olan mədəniyyət bir çox insanlarda yoxdur. Mən də dəfələrlə belə hadisələrin şahidi olmuşam.
Yəni Günəşlidə avtomobil yolundan keçmək istəyən itlər maşın onlardan uzaqda olanda keçirlər. Amma gəlin onunla razılaşaq ki, əksər insanlar yolun təyin olunmamış yerində keçirlər.
Təsadüfi deyil ki, piyadaların günahı üzündən Bakıda nə qədər yol-nəqliyyat hadisəsi baş verib. Yol polisi əməkdaşları onlara tövsiyə edir ki, yerüstü və yeraltı keçidlərdən istifadə edin , təəssüf ki, buna bir çox hərəkət iştirakçıları əhəmiyyət vermir. Nəticə isə xoşa gələn olmur və piyada vurulur.
Necə olur ki, qoyunlar piyada zolağından keçir, ancaq bir çox insanlar yolu hardan gəldi keçir??? Bax , bu sual piyadaları ciddi düşündürməlidir!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
05 Iyun 2026 18:10
Bu populyar bitki sən demə ilanları evə cəlb edirmiş
05 Iyun 2026 18:04
“Azərsun Holdinq” beynəlxalq ətraf mühit tədbirini dəstəkləyib
04 Iyun 2026 11:40
Ölkəmizdə "neandertal" qalığı tapılıb
02 Iyun 2026 09:52
Bu buzlaq 6 ölkəni su altında qoya bilər
02 Iyun 2026 09:45
“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi - VİDEO
01 Iyun 2026 15:49
“Azərsun Holdinq” uşaqlar günü münasibətilə silsilə tədbirlər keçirib - FOTOLAR
30 May 2026 07:51
Milyonlarla izləyicisi olan iti oğurlayıb yedilər
27 May 2026 08:05


Bakı -°C

