Müctəhidin təhsildən qayıtması...
Bu, Seyid Əzim Şirvaninin məşhur satirasıdır! Belə ki, müctəhid gedir , xaricə dörd - beş il gəzib kef eləyir, oxumaq əvəzinə , bütün gününü əyləncələrə keçirir. Və sonra da qayıdır vətənə .
Məlum olur ki, xaricdə heç bir elm, savad almayıb, bir sözlə, həyatını eyş-işrətlə keçirib. Bax bizdə indi də həmin müctəhidin yolunu davam etdirən gənclər var . Ayrı- ayrı təhsil mərkəzləri onları aldadıb, Türkiyə, Gürcüstan, Özbəkistan universitetlərinə imtahansız qəbul elətdirir, bundan küllü miqdarda onlar pul qazanır və nəticədə həmin gənclərin bir çoxu savad almır, ancaq diplom alır!.
O diplomların çoxu isə Elm və Təhsil Nazirliyi tərəfindən tanınmır.Bizim bəzi gənclər isə oxumağa deyil, sanki həmin ölkələrə gəzməyə , istirahət etməyə gedirlər. Bu həm də dörd il hərbi xidmətdən azad olunmağa hesablanıb. Onlar diplom alıb , ölkəmizə qayıdır və heç yerdə işə qəbul ola bilmirlər. Çünki nə diplomları tanınır, nə də savadları var. Diplomları tanınanlar da işə qəbulla bağlı Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahandan keçə bilmirlər.
Amma xaricdə təhsil alıb orada qalıb çalışan və ölkəmizə qayıdıb işləyən istedadlı , savadlı gənclər də var. Böyük əksəriyyəti isə xarici ölkələrdəki universitetlərə qəbul olmaqla , hərbi xidmətdən yayınmağa və diplom almağa cəhd edirlər!!!
Emil FAİQOĞLU


Bakı -°C

