“Rusiya Ermənistanda 102-ci hərbi bazadan seçki prosesinə...”
“Ermənistanın Baş naziri Nikol Paşinyanın Kremldə Vladimir Putinin təklif və təhdidlərinə açıq, sərt ritorika ilə cavab verməsi iki ölkə arasında münasibətlərdə ciddi gərginlik yaradıb. Görünür ki, Vladimir Putin Nikol Paşinyanın bu qədər kəskin və arqumentli mövqe sərgiləyəcəyini gözləmirdi”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O, bildirib ki, əgər Paşinyan qarşıdakı seçkilərdə qələbə qazanarsa, Ermənistanın Rusiyanın təsir orbitindən çıxması istiqamətində daha radikal addımlar atacağı istisna deyil:
“Onun hazırkı sərt ritorikasının gələcəkdə real siyasi qərarlarda tətbiq olunacaq. Hazırda Rusiya–Ermənistan münasibətlərində ciddi çatlar yaranıb və proseslərin daha dərin böhran mərhələsinə keçəcəyi gözlənilir. Paşinyan Rusiyanın Ermənistanın daxili işlərinə müdaxiləsini və Qarabağ məsələsini yenidən gündəmə gətirməsini ölkəsinin suverenliyinə təzyiq kimi qiymətləndirir. Bu baxımdan, onun sərt cavabı həm daxili auditoriyaya, həm də Moskvaya ünvanlanmış siyasi mesaj kimi dəyərləndirilə bilər. Kremlin Ermənistanda siyasi müxalifətə-Robert Köçəryan və Serj Karapetyana dəstəyi münasibətlərində ənənəvi təsir alətlərindən istifadə etdiyini də göstərir. Qarşıdakı dövrdə Rusiyanın İrəvana təzyiqlərinin artacağı gözlənilir. 7 iyun tarixində Ermənistanda baş verəcək siyasi proseslər isə təkcə ölkədaxili vəziyyətə deyil, bütövlükdə Cənubi Qafqazda sülh və təhlükəsizlik mühitinə ciddi təsir göstərə bilər. Rusiya Ermənistanda 102-ci hərbi bazadan istifadə etmək cəhdləri istisna deyil”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
06 Aprel 2026 14:40
Prezidentdən nəqliyyat dəhlizləri ilə bağlı AÇIQLAMA
06 Aprel 2026 14:39
"Bir-birimizin ərazi bütövlüyünü dəstəkləyirik" - Dövlət başçısı
06 Aprel 2026 14:39
Prezident və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB
06 Aprel 2026 14:38
"Tarixi əlaqələrimiz möhkəm zəmindir" - İlham Əliyev
06 Aprel 2026 14:37
"Azərbaycan və Gürcüstan hər zaman olduğu kimi, bir yerdədir" - Prezident
06 Aprel 2026 14:36
"İlham Əliyev Gürcüstanın dəyərli dostudur" - Kobaxidze
06 Aprel 2026 13:40
İlham Əliyevin İrakli Kobaxidze ilə təkbətək görüşü oldu - FOTOLAR
06 Aprel 2026 13:18


Bakı -°C

