“Bağlayın, bu proqramları, cənab TV sahibləri...” – Telli Pənahqızı
“Muğənnicikləri niyə qınıyırsınız ki, onları "müzakirə mövzusuna " çevirib biabır edən "hər şeyə qadir olan" aparıcılardı. Qadağanı onlara qoymaq, cəzanı da onlara vermək lazımdır”.
Adalet.az xəbər verir ki, bunu telejurnalist Telli Pənahqızı deyib.
“Çalıb-oxuyanlara ətökən suallar verən, onların həyatını eşələyən, gic-gici məsləhətlər verib insanlıqdan çıxaran da elə ""aparıcılar!"""dı. Efiri 2-3 saat dayandırmaq qadağası belə onlara kar eləmir! Bağlayın, bu proqramları, cənab TV sahibləri, caamatın əsəbi ilə bu qədər oynamaq olmaz! Pulu da halallıqla qazanın, övladlarınıza haram yedirtməyin! Dili söz tutmayan, dünyanın gərdişini bilməyənləri həyatın girdabına sürükləyib reytinq dalınca düşməyin! Bu televiziyaçılıq, heç şou-biznes də deyil, bu göz görəsi milləti təhqirdir!”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
02 Mart 2026 09:57
Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində - FOTOLAR
27 Fevral 2026 12:14
“Addım-addım vətəndə” layihəsi Gəncədə
26 Fevral 2026 09:10
Xocalı: Unudulmaz yaddaşın musiqi ilə danışdığı axşam
25 Fevral 2026 18:50


Bakı -°C

