DYP piyadalara müraciət etdi - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.
Adalet.az xəbər verir ki, müraciətdə deyilir:
"Piyadaların qəflətən yolun hərəkət hissəsinə çıxması, yolu nəzərdə tutulmayan yerlərdən keçməsi və ya piyada zolaqlarında ləngiməsi ilk növbədə onların özləri və sürücülər üçün ciddi təhlükə yaradır. Belə qayda pozuntuları əksər hallarda xoşagəlməz nəticələrə, bəzən də ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinə səbəb olur.
Qanunvericiliyin tələbinə əsasən, piyadalar yolu yalnız nəzərdə tutulmuş yerlərdən keçməli, dayanmış nəqliyyat vasitəsinin və ya görmə sahəsini məhdudlaşdıran başqa maneənin arxasından yolun hərəkət hissəsinə çıxmazdan əvvəl yaxınlaşan nəqliyyat vasitəsinin olmadığını yəqin etməli, yolun hərəkət hissəsində zərurət olmadan ləngiməməli, nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxmalıdırlar.
Dəyərli piyadalar! Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları kimi sizləri sadalanan qaydalara qeyd-şərtsiz əməl etməyə, öz həyat və sağlamlığınızı təhlükəyə atmamağa çağırırıq".
Digər Xəbərlər

Azərbaycanda körpələrə ən çox verilən adlar

Astara şəhərinin Baş planı təsdiqləndi

Heç hənan yeridi...

Bakıda 2 ilə yekunlaşmalı olan bina 8 ildir hazır deyil - VİDEO

Sabahkı hava ilə bağlı sürücülərə və piyadalara MÜRACİƏT

Naxçıvan Ali Məhkəməsinin bir qrup şəxsi təltif edilib - SİYAHI

DİN III MDB Oyunlarında sutkalıq xidmət tətbiq edib - VİDEO+FOTOLAR
