Dr. Asif Kurban: “Paşinyanın qələbəsi regionda yeni gözləntilər yaradır”
Ermənistanda keçirilən seçkilərin yenidən Nikol Paşinyanın qələbəsi ilə nəticələnməsi Türkiyə və Azərbaycan baxımından mövcud proseslərin davamlılığı kontekstində məntiqli bir nəticə kimi qiymətləndirilə bilər. Lakin əsas məqam seçkilərdən sonra atılacaq addımlardır.
Bu sözləri Adalet.az-a Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin sədri, iqtisad elmləri doktoru Asif Kurban bildirib.
O qeyd edib ki, Paşinyanın qarşısında həllini gözləyən mühüm məsələlər var: Zəngəzur dəhlizinin reallaşdırılması, konstitusiya dəyişiklikləri, Azərbaycanla yekun sülh sazişinin imzalanması və Türkiyə ilə normallaşma prosesinin irəlilədilməsi.“Bundan sonrakı mərhələdə bəyanatlardan daha çox konkret addımlar həlledici olacaq. Arzumuz odur ki, zəruri addımlar atılsın və Cənubi Qafqazda davamlı sülh, sabitlik və əməkdaşlıq təmin edilsin”, – deyə o bildirib.
Digər Xəbərlər
08 Iyun 2026 19:50
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
08 Iyun 2026 19:16
Hakan Fidan Ermənistanla münasibətlərin normallaşmasından DANIŞDI
08 Iyun 2026 19:01
"Azərbaycanla Ermənistan arasında yekun sülhün imzalanacağını ümid edirik" - Türkiyə XİN
08 Iyun 2026 17:53


Bakı -°C

