DİN və DSX sərhəddə əməliyyat keçirdi - FOTOLAR
Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi birgə narkotik əməliyyatı keçirib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Adalet.az-a verilən məlumata görə, may ayının 23-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə keçirdiyi kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 38 kiloqram 130 qram narkotik vasitə və 2890 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Digər Xəbərlər
01 Iyun 2026 18:52
Onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirildi - Həbs edilənlər var - VİDEO
29 May 2026 16:28
Qobustanda “Makarov” gəzdirən şəxs həbs edildi
29 May 2026 12:24
İrandan külli miqdarda narkotik vasitə gətirən TIR sürücüsü saxlanıldı - VİDEO
27 May 2026 11:17


Bakı -°C

