12 May 2025 17:53
112
İDMAN

Dembele ən yaxşı seçildi

PSJ-nin cinah oyunçusu Usman Dembele Fransa çempionatının ən yaxşı oyunçusu seçilib.

Adalet.az xəbər verir ki, 27 yaşlı hücumameyilli yarımmüdafiəçi cari mövsümdə 28 oyun keçirib, 21 qol vurub və 8 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Usman PSJ-nin heyətində vaxtından əvvəl Fransa çempionu olub və Çempionlar Liqasının finalına yüksəlib.