Dələduzluq edən şirkət rəhbəri saxlanıldı
Polisə tikinti və təmir işlərinin görülməsi adı altında vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi barədə müraciətlər daxil olub.
Adalet.az xəbər verir ki, araşdırmalar zamanı tikinti şirkətlərindən birinin rəhbəri Elsevər Əliyevin fərdi yaşayış evi təmiri üçün bir vətəndaşdan 888 min 731 manat aldığı, lakin nəzərdə tutulan işləri tam yerinə yetirmədiyi müəyyən edilib. Ekspert rəyinə əsasən müəyyən edilib ki, həmin ünvanda görülmüş tikinti işlərinin ümumi dəyəri 317 min 160 manat təşkil edib. Qalan vəsait isə həmin şəxs tərəfindən ələ keçirilib.
Bundan başqa, şirkət rəhbərinin digər zərərçəkəndən də tikinti və təmir məqsədilə hissə-hissə 450 min manat aldığı, lakin işləri yarımçıq saxladığı barədə müraciət də araşdırılıb. Həmin vətəndaş zərərçəkmiş şəxs qismində istintaq orqanında tanınaraq müvafiq ekspertizalar təyin edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunan E.Əliyev istintaqdan yayındığı üçün onun barəsində axtarış elan edilib. Polisin keçirdiyi tədbirlərlə E.Əliyev tutularaq istintaqa təqdim olunub.
Araşdırma aparılır.
Digər Xəbərlər
31 Oktyabr 2026 12:15
Beynəlxalq axtarışda olan şəxs tutularaq Azərbaycana gətirildi
30 Oktyabr 2026 15:31
Bakıda hüquqi yardım göstərmək adı altında 54 min manatlıq dələduzluq
30 Oktyabr 2026 12:51
Hicaba görə məktəb binasını yandırmağa cəhd edənlər həbs olundu
30 Oktyabr 2026 11:11
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edildi
29 Oktyabr 2026 21:36
Axtarışda olan şəxs Albaniyadan Azərbaycana ekstradisiya edildi
29 Oktyabr 2026 11:18
DTX-nin əməliyyatı ilə saxlanılan 8 nəfərə hökm oxundu
27 Oktyabr 2026 17:53
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
27 Oktyabr 2026 17:02


Bakı -°C

