Daha bir yolda təmir işləri aparılacaq - Sürücülərin nəzərinə!

Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsinin Bəhruz Nuriyev küçəsindən Babək prospektinin kəsişməsinə qədər olan hissəsində təmir işlərinin davam etdirilməsi ilə əlaqədar olaraq, 25 iyun tarixində sözügedən hissədə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu barədə Adalet.az-a AAYDA-dan məlumat verilib.
Qeyd olunur ki, aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq, sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.
Digər Xəbərlər

Ombudsman Almaniyanın Federal Müvəkkilini Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb

"Azərbaycan ordusu qorxaqdır" deyən polkovnik həbsdə: İstiot

Mürsəl İbrahimova general-mayor rütbəsi verildi
