Daha 3 marşrut xəttində NFC texnologiyası tətbiq ediləcək - RƏSMİ
Sabahadək “BakuBus”ın daha 3 xəttində NFC texnologiyası tətbiq ediləcək.
Adalet.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq "K Group Bakıkart"dan bildirilib.
Məlumata görə, sonradan NFC ödəniş sistemi “BakuBus”a məxsus olan bütün avtobusları əhatə edəcək.
"Test mərhələsi uğurla başa çatdığı təqdirdə, növbəti mərhələdə NFC sistemi digər operatorlara məxsus avtobuslarda da tətbiq olunacaq",-deyə "K Group Bakıkart"dan əlavə edilib.
Qeyd edək ki, Bakı şəhərində ilk dəfə olaraq avtobus marşrutlarında NFC sistemini dəstəkləyən bütün yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” vasitəsilə nağdsız ödəniş mexanizminin tətbiqinə dekabrın 20-dən start verilib və layihənin pilot mərhələsi çərçivəsində həyata keçirilir.
Digər Xəbərlər
25 Dekabr 2025 11:12
Dövlət Komitəsində BMT-nin rezident-əlaqələndiricisi ilə görüş keçirilib
25 Dekabr 2025 10:23
Bəzi yerlərə yağış yağıb - FAKTİKİ HAVA
25 Dekabr 2025 10:11
Prezidentin ad günündən ailəvi FOTOSU
24 Dekabr 2025 17:00


Bakı -°C

