"ChatGPT"də reklamlar olacaq
OpenAI-nin "ChatGPT" tətbiqinin Android beta versiyasında reklam xüsusiyyətlərinə dair kod sətirləri aşkar edilib.
Adalet.az xəbər verir ki, 1.2025.329 beta versiyasında "reklam xüsusiyyəti", "axtarış reklamı" və "bazar məzmunu" qeydləri mövcuddur. Bu, hələ ictimaiyyət üçün əlçatan olmasa da, OpenAI-nin platformada reklam təqdim etməyə hazırlaşdığını göstərir.
Aylar əvvəl "The Information" nəşri OpenAI-nin yaddaş və istifadəçi söhbətlərinə əsaslanan reklamları ChatGPT-də sınaqdan keçirməyi düşündüyünü xəbər vermişdi.
Güman edilir ki, ilkin mərhələdə reklam modulları yalnız axtarış funksiyalarına inteqrasiya olunacaq, lakin gələcəkdə bu, süni intellekt ilə digər qarşılıqlı əlaqə növlərinə də şamil oluna bilər.
Son məlumatlara əsasən, hər həftə təxminən 800 milyon insan "ChatGPT"dən istifadə edir, gündəlik sorğu sayı isə təxminən 2.5 milyarddır. Ən böyük istifadəçi bazasına malik ölkə Hindistandır və o, bu göstəricidə ABŞ-ni geridə qoyub.
Digər Xəbərlər
03 Dekabr 2025 18:00
Dövlət qurumlarına verilən yeni domenlərin sayı 2 dəfəyə yaxın artıb
03 Dekabr 2025 09:27
Azərbaycan orbitə "Zəfər" peyki buraxdı
28 Noyabr 2025 16:12
8-ci lüks avtomobil "Bakcell" lotereyasında uduldu!
26 Noyabr 2025 15:19
Bu qurumun rəqəmsallaşma səviyyəsi qiymətləndirilib
26 Noyabr 2025 11:43
"Bakcell" və Visa tərəfdaşlığa başlayır
24 Noyabr 2025 11:29
F-16-larla zəngin olan ordular - ABŞ, Türkiyə...
23 Noyabr 2025 09:29
Süni intellekt vasitələri kimya elmində fəal şəkildə tətbiq olunacaq
21 Noyabr 2025 18:25


Bakı -°C

