adalet.az header logo
  • Bakı -°C
03 Noyabr 2025 17:23
102
SİYASƏT
A- A+

Ceyhun Bayramov Əlcəzairə getdi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasına rəsmi səfərə yola düşüb.

Adalet.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında məlumat paylaşılıb.

Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 4 noyabr tarixində Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf və digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.