29 May 2025 08:58
305
İDMAN

"Çelsi" Konfrans Liqasının QALİBİ OLDU

Konfrans Liqasında 2024/25 mövsümünün qalibi müəyyənləşib.

Adalet.az xəbər verir ki, final görüşündə İspaniya "Betis"i İngiltərə "Çelsi"si ilə üz-üzə gəlib. Polşadakı "Vrotslav" stadionunda oynanılan matçda London təmsilçisi möhtəşəm geri dönüşlə 4:1 hesablı qələbə qazanıb. Bununla da "Çelsi" Konfrans Liqası kubokuna sahib çıxıb.

Konfrans Liqası

28 may

FİNAL

23:00. "Betis" (İspaniya) - "Çelsi" (İngiltərə) - 1:4

Qollar: Abde, 9 - Fernandeş, 61, Cekson, 70, Sanço, 83, Kaysedo, 90+1

Baş hakim: İrfan Palto

"Vrotslav" stadionu, Polşa.