"Cəhənnəm Necati"yə hökm oxundu
Türkiyədə mütəşəkkil cinayətkar qruplaşmanın rəhbəri Coşkun Necati Arabacı 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Adalet.az xəbər verir ki, oktyabrın 22-də İzmir şəhərinin 20-ci Ağır Cinayətlər Məhkəməsində keçirilən yekun iclasda Arabacı cinayət törətmək məqsədilə təşkilat yaratmaq və ona rəhbərlik etmək ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.
O, iki zərərçəkənə qarşı qəsdən xəsarət yetirmə əməllərinə görə 7 il 6 ay, iki ayrı silahlı hücumla əlaqədar qanunsuz odlu silah gəzdirməyə görə isə 2 il həbs cəzası alıb.
Məhkəmə Arabacını digər ittihamlar üzrə təqsirli bilməyərək ona bəraət verib.
Coşkun Necati Arabacının 2025-ci il oktyabrın 5-də Serbiyanın paytaxtı Belqraddan İzmir şəhərindəki Adnan Menderes hava limanına gəldiyi müəyyən edilib. O, İzmir Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Polis idarəsindəki prosedurlardan sonra məhkəməyə göndərilən Arabacı barəsində həbs qətimkan tədbiri seçilib.
Sonradan aşağı instansiya məhkəməsi onun məhkəmə nəzarəti altında azadlığa buraxılması barədə qərar qəbul edib. Lakin İzmir Baş Prokurorluğunun etirazından sonra Arabacı yenidən həbs olunub.
İzmir Baş Prokurorluğu Arabacıya qarşı cinayətkar qruplaşmaya rəhbərlik, ağırlaşdırıcı hallarda soyğunçuluq, ağırlaşdırılmış qəsdən xəsarət yetirmə, eləcə də odlu silahlar və digər vasitələrlə bağlı qanunvericiliyin pozulması ittihamları irəli sürüb və onun 35 ilədək həbs cəzasına məhkum edilməsini tələb edib. Hazırlanan ittiham aktı İzmirin 20-ci Ağır Cinayətlər Məhkəməsi tərəfindən qəbul edilib./oxu.az
Digər Xəbərlər
31 Oktyabr 2026 12:15
Beynəlxalq axtarışda olan şəxs tutularaq Azərbaycana gətirildi
30 Oktyabr 2026 15:31
Bakıda hüquqi yardım göstərmək adı altında 54 min manatlıq dələduzluq
30 Oktyabr 2026 12:51
Hicaba görə məktəb binasını yandırmağa cəhd edənlər həbs olundu
30 Oktyabr 2026 11:11
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edildi
29 Oktyabr 2026 21:36
Axtarışda olan şəxs Albaniyadan Azərbaycana ekstradisiya edildi
29 Oktyabr 2026 11:18
DTX-nin əməliyyatı ilə saxlanılan 8 nəfərə hökm oxundu
27 Oktyabr 2026 17:53
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
27 Oktyabr 2026 17:02


Bakı -°C

