Bütün dünyada işıq kəsiləcək
Alimlər və enerji mütəxəssisləri dünyanı mümkün qlobal elektrik böhranı ilə bağlı xəbərdar ediblər.
Adalet.az xəbər verir ki, NASA-nın yeni araşdırmasına görə, son illərdə Günəş aktivliyində gözlənilməz artım müşahidə olunur və bu vəziyyət böyükmiqyaslı elektrik kəsintilərinə səbəb ola bilər.
Məlumata görə, uzun illərdir zəiflədiyi düşünülən Günəş fəaliyyəti yenidən güclənməyə başlayıb. NASA-nın Jet Propulsion Laboratory (JPL) komandası Günəş küləklərinin sürətində, temperaturunda və maqnit sahəsində ciddi artım qeydə alıb. Araşdırmalara əsasən, maqnit sahəsinin gücü son illərlə müqayisədə 31 faiz artıb.
Ekspertlər bildirirlər ki, güclü geomaqnit fırtınaları elektrik şəbəkələrinə ağır zərbə vura bilər. Belə halda transformatorların sıradan çıxması, peyk sistemlərinin dayanması və internet-kommunikasiya xətlərində problemlər yaşanması mümkündür. Kiçik və böyük ölkələrin hamısının risk altında olduğu vurğulanır.
Mütəxəssislərin sözlərinə görə, xüsusilə GPS sistemləri, mobil rabitə, bank əməliyyatları və hava nəqliyyatı bu cür Günəş fırtınalarından ciddi şəkildə təsirlənə bilər. Astronavtlar və qütb marşrutları ilə uçan təyyarələr üçün də radiasiya təhlükəsinin artdığı bildirilir.
Qeyd olunur ki, daha əvvəl İspaniya və Portuqaliyada milyonlarla insanı təsirləndirən böyük elektrik kəsintisi yaşanmışdı. Enerji ekspertləri dünya ölkələrinin enerji infrastrukturunu mümkün Günəş fırtınalarına qarşı gücləndirməsinin vacib olduğunu deyirlər.
Digər Xəbərlər
15 May 2026 18:08
Bir fincan qəhvə qiymətinə ev satılır – Şərt isə hamını təəccübləndirir
12 May 2026 16:45
“The Simpsons” bunu da bilib
12 May 2026 12:00
Biz ət yeyən millətik...
12 May 2026 09:48
Günün sitatı
11 May 2026 09:15
Heydər Əliyevin xatirəsinə həsr olunmuş fləşmob keçirildi - VİDEO
08 May 2026 09:13
Minlərlə bitki növü yox olur - Xəbərdarlıq
07 May 2026 13:00
Antibiotik qəbul edən qadının başına iş gəldi
07 May 2026 12:35


Bakı -°C

